ABL
Abunə ol
ABL-də III turun MVP-si müəyyənləşdi
AZB.az-ı Google-da seçilmiş mənbə edin
Basketboldakı yenilikləri dərhal izləyin!
Azərbaycan Basketbol Liqasında (ABL) III turun ən dəyərli oyunçusu (MVP) bəlli olub.
AzB.az xəbər verir ki, bu ada "Naxçıvan"ın basketbolçusu Deşoun Stivens (DaSean Stevens) layiq görülüb.
Amerikalı oyunçu "Gəncə"yə qarşı keçirilən qarşılaşmada nümayiş etdirdiyi effektiv oyunu ilə diqqət çəkib.
O, matç ərzində aktivinə 17 xal, 7 ribaund və 4 assist yazdıraraq komandasının uğurunda mühüm rol oynayıb.
Qeyd edək ki, qarşılaşma "Naxçıvan"ın 72:70 hesablı üstünlüyü ilə başa çatıb.
