"Qalatasaray" FIBA Çempionlar Liqasında ilk qələbəsini qazandı
FIBA Basketbol Çempionlar Liqasında B qrupunun II turu çərçivəsində Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında Fransanın "Strasburq" klubunu qəbul edib.
AzB.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmanın son dəqiqələrini daha dəqiq oynayan "sarı-qırmızılılar" parketdən 83:77 hesablı qələbə ilə ayrılıblar.
Bu nəticə ilə "Qalatasaray" B qrupunda ilk qələbəsini qazanıb. İstanbul təmsilçisi növbəti matçında Polşanın "Legiya" (Varşava) klubunun qonağı olacaq. İlk yenilgisini alan "Strasburq" isə "Sibona" ilə üz-üzə gələcək.
Ən məhsuldar basketbolçular:
"Qalatasaray": Key Cey Simpson (17 sayı, 8 ribaund, 4 asist), Alen SmailaQiç (16 sayı, 3 ribaund), Şehmus Hazer (13 sayı, 4 ribaund, 4 asist), Çimnezi Metu (12 sayı, 8 ribaund), Cerom Robinson (10 sayı).
"Strasburq": Maksans Lemuan (21 sayı, 5 asist), Neftali Difuidi (16 sayı, 4 ribaund), Ceylen Hends (13 sayı), Castin Makkoy (11 sayı).
