NBA

"Mümkün lokauta tam hazırıq" – NBA-də kəskin qarşıdurma

"Mümkün lokauta tam hazırıq" – NBA-də kəskin qarşıdurma
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

NBA Oyunçular İttifaqı (NBPA) liqada tətbiq olunan sərt maaş limiti ("second apron") sisteminə qarşı kəskin mübarizəyə hazırlaşır. 

AzB.az xəbər verir ki, ittifaqın icraçı direktoru Devid Kelli bəyan edib ki, qurum dəyişikliklərə nail olmaq üçün mümkün lokaut ehtimalına tam hazırdır və sonadək gedəcək.

Oyunçular İttifaqı xüsusilə sərt maaş limitinin veteran və rol oyunçularının gəlirlərinə vurduğu zərər barədə narahatlığını bildirib. Bundan əlavə, son dövrlərdə bəzi ulduz basketbolçuların komanda büdcəsinə uyğunlaşmaq üçün maksimum müqavilədən daha aşağı məbləğlərə razılaşması tendensiyası da narazılıq doğuran əsas məqamlardandır.

NBA rəhbərliyi isə ittifaqın iddialarına cavab olaraq fərqli mənzərə təqdim edib. Liqa rəsmilərinin bildirdiyinə görə, ikinci sərt limit qaydası tətbiq olunduqdan sonra basketbolçulara ödənilən ümumi məbləğ təxminən 1,3 milyard dollar artıb, həmçinin bütün kateqoriyalar üzrə orta maaşlar 30 faiz yüksəlib.

Qeyd edək ki, NBA ilə Oyunçular İttifaqı arasında hazırda qüvvədə olan Kollektiv Müqavilənin (CBA) müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. Lakin tərəflərin razılaşmaya 2029-cu ildə vaxtından əvvəl xitam vermək hüququ var.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər