Vembanyama üçün uğursuz gecə, Lebron və Ceylen Braun debüt etdi
Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm mövsüm start götürüb.
AzB.az xəbər verir ki, son konfrans çempionu "Oklahoma Siti Tander" yeni mövsümə inamlı qələbə ilə başlayıb. Öz meydanında "San Antonio Spörs"ü qəbul edən Oklahoma təmsilçisi 116:104 hesablı üstünlük əldə edib.
Meydan sahibləri xüsusilə ikinci hissədə oyuna tam nəzarət edərək hesab arasındakı fərqi 26 xala qədər artırıblar. "Tander"in ulduzu Şey Qilces-Aleksandr 32 xal, 5 ribaund, 4 asist, 2 topqapma və 2 blokşutla matçın ən məhsuldar oyunçusu olub. Komandanın yeni simalarından almaniyalı Azyeya Hartenştayn 6 xal, 3 ribaund, ispan mərkəz oyunçusu Aday Mara 7 xal, belçikalı pleymeyker Edcey Mitçell isə 4 xal və 6 asistlə qələbəyə töhfə veriblər.
"Spörs"ün fransalı ulduzu Viktor Vembanyama üçün isə bu qarşılaşma uğursuz alınıb. Oyundan atdığı ilk 12 şutu dəqiq yerinə yetirə bilməyən gənc ulduz matçı 12 xalla başa vurub ki, bunların da 10-u cərimə atışlarından gəlib. Vembanyama 13 ribaund və 6 blokşutla müdafiədə fərqlənsə də, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Gecənin digər diqqətçəkən qarşılaşmasında "Filadelfiya Siksers" səfərdə "Nyu-York Niks"i 106:100 hesabı ilə üstələyib.
"Filadelfiya"da Tayris Maksi 28 xalla komandasının bombardiri olub. "Boston Seltiks"dən transfer edilən Ceylen Braun yeni klubunda rəsmi debütündə 19 xal, 8 ribaund və 6 asistlə parlaq tesir bağışlayıb. Əfsanəvi LeBron Ceyms isə NBA tarixində rekord sayda - 24-cü mövsümünə 14 xal, 9 ribaund və 6 asistlə start verib. Türkiyəli mərkəz oyunçusu Adem Bona 10 dəqiqə şans qazandığı matçda 3 ribaund və 1 blokşutla yadda qalıb.
"Nyu-York Niks"də Ceylen Branson 21 xal toplasa da, meydandan atdığı 19 şutdan cəmi 6-sını dəqiqləşdirib. O Ci Anunobi isə zəif oyun nümayiş etdirərək 9 üçlükdən yalnız 1-ini dəqiq vurub və 10 xalla kifayətlənib.
