Avrokuboklar

Yunanıstan basketbolunda böyük qalmaqal - Federasiya prezidenti saxlanıldı

Yunanıstan basketbolunda böyük qalmaqal - Federasiya prezidenti saxlanıldı
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Yunanıstan basketbolunda danışılmış oyunlar, rüşvət və korrupsiya araşdırmaları çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib.

AzB.az xəbər verir ki, əməliyyat çərçivəsində Yunanıstan Basketbol Federasiyasının prezidenti Vangelis Liolios saxlanılıb. İstintaq tədbirləri daxilində 2 hakim və federasiyanın digər rəsmilərindən ibarət ümumilikdə 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Axtarışlar zamanı əyalətlərin birində məşhur basketbol hakiminin evindəki seyfdən 820 min avro nağd pul aşkar edilərək götürülüb. Bu, davam edən istintaqın ən diqqətçəkən yeni faktı kimi qiymətləndirilir.

Məlumata görə, iş üzrə şübhəli şəxs qismində tanınan digər şəxslərin də üzərindən mənbəyi əsaslandırılmayan böyük məbləğdə nağd vəsaitlər aşkarlanıb. Yoxlamalar və istintaq hərəkətləri davam edir.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər