NBA

NBA-də rekord gəlir

NBA-də rekord gəlir
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

NBA-in 81-ci mövsümü rekord maliyyə göstəriciləri, nəhəng televiziya müqavilələri və yeni klub satışları fonunda start götürür.

AzB.az xəbər verir ki, liqa 2025/26 mövsümündə ümumilikdə 14,5 milyard dollar gəlir əldə edib.

Bu məbləğdən 13,7 milyard dolları 30 klub arasında bölünüb (klub başına orta hesabla 456 milyon dollar). Qalan vəsait isə liqanın daxili investisiya və əməliyyat xərclərinə yönəldilib.

Klubların gəlirləri arasında kəskin fərqlər diqqət çəkib:

Ən yüksək gəlir: "Qolden Steyt Uorriors" (895 milyon dollar)

Ən aşağı gəlir: "Memfis Qrizliz" (339 milyon dollar)

Qeyd edək ki, bu rəqəmlər yüksək gəlirli komandaların töhfələri və lüks vergisinin 50%-i hesabına formalaşan 400 milyon dollarlıq gəlir bölgüsü sistemindən sonrakı net məbləğləri əks etdirir. Hazırda illik dəyəri 6,9 milyard dollara çatan yeni yayım müqaviləsi isə 40 il əvvəlki analoji göstəricini 120 dəfədən çox üstələyir.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər