ABL

"Çempionlar Liqasında da qələbələr qazanmağa çalışacağıq" - Mayk Ertel

"Çempionlar Liqasında da qələbələr qazanmağa çalışacağıq" - Mayk Ertel
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Azərbaycan Basketbol Liqasının (ABL) III turunda “Sabah” NTD-ni 100:75 hesabı ilə məğlub edib.

AzB.az xəbər verir ki, qarşılaşmada 21 xal toplayan “Sabah”ın basketbolçusu Mayk Ertel matçdan sonra saytımıza eksklüziv müsahibə verib.

Amerikalı basketbolçu əvvəlcə oyun barədə fikirlərini bölüşüb:

“Qələbə qazandığımız üçün şadıq. Rəqib çox mübarizə apardı. Bu cür oyunlar daim inkişaf etməyimiz baxımından vacibdir. Daha bir matça çıxmaq da mənim üçün xoş fürsətdir. Düşünürəm ki, yaxşı oyun keçirdik. Sadəcə, inkişaf etməyə davam etməliyik”.

Ertel Azərbaycan Basketbol Liqasını da dəyərləndirib:

“ABL yaxşıdır və liqa mütləq inkişaf edir. Avropa kuboklarında mübarizə aparan dörd komandamızın olması da bunu göstərir. Liqa daha da güclənməyə davam edəcək. Biz də bu inkişaf prosesinə töhfə verməyə çalışırıq”.

“Sabah”ın basketbolçusu komandanın növbəti matçından və Milli Gimnastika Arenasında keçirəcəyi Basketbol Çempionlar Liqası oyunundan əvvəl azarkeşlərə müraciət edib:

“Biz çox həyəcanlıyıq. Bakıdakı bu arena möhtəşəmdir. Azarkeşlərimizi qürurlandırmaq, əlimizdən gələnin ən yaxşısını etmək və özümüzü meydanda ən yaxşı şəkildə göstərmək istəyirik. Əlbəttə, Çempionlar Liqasında da qələbələr qazanmağa çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər