Avrokuboklar

Vasiliadis: "30 dəqiqə zəif oynasaq da, cəmi 5 xal fərqi ilə uduzduq"

Vasiliadis: "30 dəqiqə zəif oynasaq da, cəmi 5 xal fərqi ilə uduzduq"
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

"Neftçi" basketbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunda İsveçrənin "Friburq Olimpik" klubuna 73:78 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra fikirlərini bölüşüb.

AzB.az xəbər verir ki, yunanıstanlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında yalnız ilk 10 dəqiqədə yaxşı oyun nümayiş etdirdiklərini bildirib:

"Düşünürəm ki, bu gün yalnız ilk 10 dəqiqədə yaxşı basketbol oynadıq. Oyuna çox yaxşı başladıq. Həm hücumda, həm də müdafiədə demək olar ki, səhv etmədik. Hücum xəttində yaratdığımız bütün açıq mövqelərdən düzgün istifadə etdik. Lakin ikinci perioddan oyunun sonuna qədər çoxlu səhvlərə yol verdik. Xüsusilə səfər matçı üçün 19 top itkisi həddindən artıq çoxdur. Müdafiədən hücuma keçiddə və fərdi müdafiədə çox zəif çıxış etdik. Rəqib oyunçuları fərdi mübarizədə nəzarətsiz qoyduq".

Vasiliadis komandanın konsentrasiya problemindən və növbəti matçın əhəmiyyətindən də söz açıb:

"Təxminən 30 dəqiqə ərzində zəif oynamağımıza baxmayaraq, cəmi 5 xal fərqi ilə məğlub olduq. Bu da komandamızın potensialının olduğunu göstərir. Sadəcə, 40 dəqiqə ərzində lazımi mental hazırlığı və konsentrasiyanı qoruya bilmirik. Məhz bu istiqamətdə işləməliyik. Cümə günü keçiriləcək məşqdə səhvlərimizi ətraflı təhlil edəcəyik. Daha sonra diqqətimizi liqadakı "Gəncə" ilə oyuna yönəltməliyik. Bu, bizim üçün çox vacib qarşılaşmadır. Həmin oyunda qalib gələrək çempionatda ardıcıl üçüncü qələbəmizi qazanmaq istəyirik".

Dostlarınla paylaş

Əlaqəli xəbərlər