"Ən yaxşı oyunçunuz belə işləyəndə, bütün komandanın səviyyəsi qalxır"
Kley Tompson və Yannis Antetokunmpo yeni mövsümdə "Mayami Hit"də birgə çıxış etməyə hazırlaşarkən, Tompson komanda yoldaşının gündəlik məşq əzmini yüksək qiymətləndirib.
AzB.az xəbər verir ki, ESPN kanalında yayımlanan "Big Day with Peter Schrager" proqramında danışan K. Tompson Yannis Antetokunmpo ilə bağlı təəssüratlarını bölüşüb:
"Məni ən çox Yannis Antetokunmponun işə münasibəti təsirləndirir. Onun necə çalışdığını görmək inanılmazdır. Hər gün burada məşq edir, xüsusilə fərdi bacarıqlar üzərində işləyir, uzaq məsafədən atışlarını və boyalı sahədə tamamlamalarını təkmilləşdirir. Onunla bir komandada olmaq böyük zövqdür".
O, bildirib ki, yunan ulduzun bu əzmkarlığı komandanın bütün üzvlərinə nümunə olur:
"Onun işə yanaşması ehtiyat oyunçulara qədər hər kəsə təsir edir. Ən yaxşı oyunçunuz bu qədər əzmkar olanda, bu, bütün klubun səviyyəsini yüksəldir".
