Vembanyama "San Antonio Spörs"ü Fransaya aparıb
NBA-də yeni mövsümə hazırlaşan "San Antonio Spörs" komandası yay aylarında Fransada təlim-məşq toplanışı keçirib.
AzB.az xəbər verir ki, Parisdə reallaşan düşərgə basketbolçuların bir-birinə daha da yaxınlaşmasına zəmin yaradıb.
Toplanış zamanı hazırlanan sənədli filmdə ən təsirli məqam komandanın ulduzu Viktor Vembanyamanın uşaqlıq illərinin keçdiyi zala ziyarəti olub. Fransa millisinin üzvü doğma mühitində komanda yoldaşlarını ağırlamağın xüsusi hiss olduğunu bildirib:
"Burada iki dünyam bir araya gəlir. Eyni zalda həm 15 yaşımdakı xatirələrim var, həm də NBA-də birgə addımladığım komanda yoldaşlarımlayam. Həyatımda dərin iz qoyan insanlarla bu hissləri yenidən eyni mekanda yaşamaq qeyri-adidir. Bu, bizim üçün böyük təcrübə oldu".
Qeyd edək ki, "San Antonio Spörs" 2026/2027 mövsümünün ilk matçında "Oklahoma Siti Tander" (Oklahoma City Thunder) ilə üz-üzə gələcək.
