NBA

"Sakramento" zədələnən Ben Simmons haqqında qərarını verdi

"Sakramento" zədələnən Ben Simmons haqqında qərarını verdi
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

"Sakramento Kinqz"xill vətərinin qopmasına görə, 2026/27 mövsümünü erkən başa vuran pleymeyker Ben Simmonsu heyətdən çıxarmağı planlaşdırmır.

AzB.az xəbər verir ki, bu barədə məşhur insayder Con Hollincer məlumat paylaşıb.

Qərara səbəb NBA-in zədəli oyunçulara maaş ödənişinin davam etdirilməsi qaydasıdır. Müddəaya əsasən, zədələnən basketbolçular tam sağalana qədər maaşlarını almağa davam etməlidirlər. Bu səbəbdən klub Simmonsu azad etsə də, etməsə də, 2,45 milyon dolları onun hesabına ödəyəcək.

"Sakramento"nun buna görə onu heyətdə saxlayaraq müqaviləsindən gələcək mübadilə (treyd) əməliyyatlarında istifadə etməyə çalışacağı gözlənilir.

Qeyd edək ki, hazırda "Sakramento" lüks vergi həddindən 3,1 milyon dollar aşağıdadır. Bu büdcə klubun heyətdəki boş olan 15-ci yerə yeni basketbolçu transfer etməsinə tam imkan verir.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər