NBA

Embiid zədəli olduğu günləri xatırlayıb

Embiid zədəli olduğu günləri xatırlayıb
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Filadelfiya "Siksers"in mərkəz oyunçusu Coel Embiid son illərdə davamlı zədələr səbəbindən üzləşdiyi psixoloji çətinliklər barədə fikirlərini bölüşüb. O, komanda yoldaşlarının dəstəyinin nə qədər vacib olduğunu vurğulayıb.

AzB.az xəbər verir ki, Embiid bu barədə belə deyib:

"Son bir neçə ildə çətin dövr keçirdim ,davamlı zədələr alırdım. Məşqlərə getmək istəmirdim. Zədələr, oynaya bilməmək, gah bir problem, gah başqa bir problem... Mən bədbəxt idim və depressiyada idim. Düşünürəm ki, bizə ən çox çatışmayan da məhz bu idi – mütləq şən xarakterli biri yox, başqa bir dəstək. Artıq böyümüş bir kişiyəm və bir çox məsələdə özüm öhdəsindən gəlməliyəm. Amma yenə də, ətrafında bu vəziyyəti yaşamış və səni bir az da olsa dəstəkləyə bilən insanlar olanda, bu çox yaxşıdır".

Son üç mövsümdə Embiid "Filadelfiya Siksers"in əsas və pley-off oyunlarının yarısından azında iştirak edib. O, bu il müdafiədə ən yaxşılar arasında olacağını da bildirib.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər