Avrokuboklar

Erhan Toker: "Müdafiə və hücumdakı çatışmazlıqları aradan qaldırmağa çalışdıq"

Erhan Toker: "Müdafiə və hücumdakı çatışmazlıqları aradan qaldırmağa çalışdıq"
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

FIBA Avropa Kubokunda mübarizə aparan "LANDAU Lions" sabah Danimarkanın "Bakken Bearz" komandasının qonağı olacaq.

Təmsilçimizin baş məşqçisi Erhan Toker qarşılaşma öncəsi komandanın hazırlığı və son durumu barədə AzB.az-a özəl açıqlama verib.

Slovakiyadakı "Prievidza" matçından sonra hazırlıqları elə orada davam etdirdiklərini bildirən türkiyəli mütəxəssis gərgin səfər və təlim-məşq prosesini dəyərləndirib:

"Biz uzun bir səfərə çıxdıq. İlk olaraq Slovakiyada "Prievidza" ilə matça çıxdıq. Əslində dəqiqə aralıqlarında yaxşı oynadıq, amma komanda tam hazır deyildi. Sonrasında sanki hazırlıq toplanışı kimi komanda ilə vaxt keçirməyə imkanımız oldu. 2 gün əlavə Slovakiyada məşqlərimizə davam etdik. Hazırlıq oyunlarına vaxt olmadı. Slovakiya toplanışından sonra dərhal Danimarkaya yola düşdük və işimizi burada davam etdirdik".

Təcrübəli baş məşqçi Danimarkadakı məşq prosesinin effektiv keçdiyini və komandanın bu görüşə daha yaxşı hazırlaşdığını vurğulayıb:

"Məşqlərimiz yaxşı keçdi. Müdafiə və hücumda çatışmazlıqları aradan qaldırmağa çalışdıq. Oyuna bu dəfə daha yaxşı hazırlaşdığımızı düşünürəm. Eyni sözləri mental durumumuza da aid edə bilərəm. Ümid edirəm ki, oyunçularım məni yanıltmayacaqlar. Əlimizdən gələnin ən yaxşısını edib, Azərbaycanı ən yaxşı şəkildə təmsil etməyə çalışacağıq".

Dostlarınla paylaş

Əlaqəli xəbərlər