Avrokuboklar

TBSL: "Gəncə"nin rəqibi "Anadolu Efes"i məğlub etdi

TBSL: "Gəncə"nin rəqibi "Anadolu Efes"i məğlub etdi
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Türkiyə Basketbol Süper Liqasında (BSL) IV tura bir oyunla yekun vurulub. 

AzB.az xəbər verir ki, turun bağlanış matçında "Esenler Erokspor" öz meydanında "Anadolu Efes"i qəbul edib.

Gərgin keçən qarşılaşmanın son dəqiqələrində effektli müdafiə nümayiş etdirən meydan sahibləri 73:70 hesablı gözlənilməz qələbə qazanıblar.

Bu nəticə ilə "Anadolu Efes" çempionatda ilk məğlubiyyətini alıb. "Esenler Erokspor" isə 4 matçında 3-cü qələbəsini rəsmiləşdirib.

Qalib komandada Mayk Devis 18 sayı, Kevin Yebo 17 sayı (9 ribaund), Errik Makkollum isə 12 sayı ilə fərqləniblər.

"Anadolu Efes"də Kollin Malkolmun 15 saylıq (7 ribaund) performansı komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, "Esenler Erokspor" "Gəncə" FIBA Avropa Kubokundakı rəqiblərindən biridir.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər