"Detroyit Pistons" 2026/27 NBA mövsümünə möhtəşəm və tarixi qələbə ilə başlayıb.
AzB.az xəbər verir ki, "Pistons" öz meydanında "Boston Seltiks" ilə görüşdə 22 xallıq geridönüş edərək 121:113 hesabı ilə qalib gəlib.
Bu, NBA-də statistikanın hər hücum üzrə aparılmağa başladığı 1997/98 mövsümündən bəri mövsümün ilk günündə qeydə alınan ən böyük geridönüş rekordudur.
Matçın 3-cü hissəsində fərqi 22 xala çatdıran Boston təmsilçisi 72:50 hesabı ilə öndə olub. Lakin sonuncu periyodda 23:0 hesablı inanılmaz seriya yaxalayan "Detroyit Pistons" oyunda dönüş yaradıb.
Məhsuldar oyunu ilə seçilən Dunkan Robinson topladığı 21 xalın 15-ini məhz son çeyrəkdə ataraq bu tarixi qələbədə əsas rol oynayıb.