Amerikalı idman şərhçisi Stiven Ey Smit hesab edir ki, Ceyson Teytum istəsəydi, Ceylen Braun "Boston Seltiks"dən "Filadelfiya Seventi Siksers"ə keçməzdi.
AzB.az xəbər verir ki, Smit ESPN-də çıxışı zamanı bunları söyləyib:
"Əgər Ceyson Teytum həqiqətən Braunun komandadan getməsini istəməsəydi, o, heç vaxt ayrılmazdı. Üstəlik, divizion daxilində "Filadelfiya"ya keçidi də baş tutmazdı. Teytum çıxıb desəydi ki, "Mən onun getməsini istəmirəm. Niyə onu dəyişmək istəyirsiniz? O, heç yerə getməyəcək. Mən istəyirəm ki, o, burada qalsın", o zaman C. Braun hələ də "Boston Seltiks"in oyunçusu olardı".