Şəhriyar Əsgərov: "Məqsədimiz “Lənkəran”ı Yüksək Liqaya daşımaqdır"
"Lənkəran" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov komandanın yeni mövsümə hazırlığı, transfer planları və qarşıya qoyulan hədəflər barədə AzB.az-a açıqlama verib.
Təcrübəli mütəxəssis hazırlıq prosesinin başlama tarixini diqqətə çatdırıb:
"Məşqlərimiz noyabrda başlayacaq. Komandanın ümumi heyəti və gələcək fəaliyyət planı artıq bəllidir. Heyəti federasiyaya təqdim etmişəm".
Ş. Əsgərov yeni transferlər və komandanın əsas məqsədindən də söz açıb:
"Heyətimizə ABŞ-dən 1 legioner cəlb edəcəyik. O, 2 və 3 nömrə kimi çıxış edir, Pover-forvard kimi də oynaya bilir və solaxaydır. Bundan başqa, Cəlilabad və Bakıdan da yeni transferlərimiz olacaq. Yaxın vaxtlarda tam heyəti açıqlayacağıq. 2-ci liqada mübarizə aparan hər bir komandanın məqsədi Yüksək Liqaya vəsiqə qazanmaq, ən azı bunun üçün sonadək mübarizə aparmaqdır. Bizim də əsas məqsədimiz "Lənkəran"ı Yüksək Liqaya daşımaqdır".
