Bu gün basketbol üzrə FIBA Avropa Kubokunun qrup mərhələsində "LANDAU Lions" səfərdə Danimarkanın "Bakken Bearz" klubu ilə üz-üzə gələcək.
AzB.az xəbər verir ki, təmsilçimiz kritik qarşılaşma öncəsi Danimarkada son məşqini reallaşdırıb. "Şirlər"in hazırlıq prosesindən görüntüləri təqdim edirik.
Qeyd edək ki, "Bakken Bearz" – "LANDAU Lions" görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.