NBA

Pol Corcdan debütdə 38 xal: "Mənə mənəvi qələbələr lazım deyil"

Pol Corcdan debütdə 38 xal: "Mənə mənəvi qələbələr lazım deyil"
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Pol Corc yeni mövsümdə "Boston Seltiks"in heyətində keçirdiyi ilk rəsmi oyunda komandasının ən məhsuldar oyunçusu olub. 

AzB.az xəbər verir ki, təcrübəli basketbolçu "Detroyt Pistons"a qarşı qarşılaşmada 38 xal toplayıb, lakin bu performans komandasını məğlubiyyətdən xilas edə bilməyib – 113:121.

Komanda yoldaşları və baş məşqçi Pol Corcun debüt çıxışını yüksək qiymətləndiriblər.

Ceyson Teytum təəssüratlarını qısaca bölüşüb:

"O, inanılmaz idi".

Derik Uayt komanda yoldaşının oyun ritminə diqqət çəkib:

"Belə performansı izləmək xoşdur. O, ritm tutdu və biz də oyunu tamamilə onun üzərində qurduq".

Komandanın baş məşqçisi Co Mazzulla isə basketbolçunun oyun oxuma qabiliyyətini xüsusi vurğulayıb:

"Pol meydançada özünü çox rahat hiss edirdi, oyunu mükəmməl oxuyurdu. Həm özü, həm də digər komanda yoldaşları üçün üstünlük yaradırdı. Onun bu keyfiyyətindən gələcək matçlarda da maksimum istifadə edəcəyik".

Pol Corc isə fərdi göstəricisinə baxmayaraq, məğlubiyyətə görə təəssüfləndiyini bildirib:

"Mənə mənəvi qələbələr lazım deyil, onların heç bir dəyəri yoxdur. Mövsümə hazırlıq dövrü mənim üçün asan keçmədi, ayaqlarımda ağırlıq hiss edirdim. Əgər növbəti oyunların gedişatına tam nəzarət edə bilsək, nəticəni öz xeyrimizə dəyişmək mümkün olacaq".

Dostlarınla paylaş

Əlaqəli xəbərlər