Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, "Qolden Steyt Uorriors"un pleymeykeri Stef Karri zədələnib.
AzB.az xəbər verir ki, amerikalı ulduz basketbolçu oktyabrın 18-də keçirilən açıq məşq zamanı zədə alıb.
Məşhur insayder Entoni Sleyter sosial şəbəkə hesabında Karrinin son vəziyyəti ilə bağlı məlumat paylaşıb:
"Stef Karri açıq məşq zamanı topuğunu burxub. Onun çərşənbə günü "Leykers"ə qarşı keçiriləcək matçda iştirak edib-etməyəcəyi hələ sual altındadır. Lakin klubdakı mənbə ciddi bir problemin olmadığını təsdiqləyib".
Qeyd edək ki, NBA-də 2026/2027 mövsümünün müntəzəm çempionatı oktyabrın 20-də start götürəcək və 2027-ci il aprelin 11-dək davam edəcək.