"San Antonio Spörs"ün basketbolçusu Dilan Harper yay boyunca üçlük atışları üzərində çalışdığını bildirib və bu sahədə özünə tam güvəndiyini deyib.
AzB.az xəbər verir ki, Harper mövsümöncəsi oyunlarda 3,5 cəhdlə komanda üzrə ən yüksək göstərici olan 57,1 faiz dəqiqliklə üçlük atışlarını yerinə yetirib.
Harper açıqlamasında bunları qeyd edib: "Bütün yayı bunun üzərində işlədim, ona görə də şübhə etməyə əsasım yoxdur. Ehtiyatlı olmağa ehtiyac görmürəm. Ən vacibi düzgün zamanda düzgün atış etməkdir".
Qeyd edək ki, ötən mövsüm Harperin üçlük dəqiqliyi 2,6 cəhdlə 34,3 faiz olub.