Kameron Peyn "Beşiktaş"la müqavilə imzalamağa iki saat qalmışdı"
NBA-də 11 illik təcrübəsi olan amerikalı basketbolçu Kameron Peyn "Anadolu Efes"ə transferinin pərdəarxası məqamlarını açıqlayıb.
AzB.az xəbər verir ki, "BasketNews" nəşrinə danışan 32 yaşlı pleymeyker Türkiyəyə gəlişindən öncə "Beşiktaş"la müqavilə imzalamağa çox yaxın olduğunu etiraf edib:
"ABŞ-də fərdi məşqlər edir, gələcək təklifləri gözləyirdim. Əslində "Anadolu Efes"dən əvvəl başqa bir Avroliqa klubu mənimlə əlaqə saxlamışdı. Onlarla ("Beşiktaş"la) müqavilə bağlamağa tam hazır idim. Lakin "Anadolu Efes"in ulduzu Mayk Ceyms ağır zədə aldı. Bu hadisədən cəmi iki saat sonra mənə zəng gəldi və fikrimi dəyişdim".
Qeyd edək ki, "Anadolu Efes" oktyabrın 1-də "Srvena Zvezda" ilə oyunda axil vətərindən ağır zədələnən Mayk Ceymsin yerini K. Peyn ilə doldurub. İstanbul təmsilçisi amerikalı basketbolçu ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalayıb.
