NBA

Ceylen Braun: "Bostonla oyunlar mənim üçün həmişə fərqlidir"

Ceylen Braun: "Bostonla oyunlar mənim üçün həmişə fərqlidir"
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Ceylen Braunun "Boston Seltiks"dən "Filadelfiya Siksers"ə keçidindən sonra komandalar arasında keçirilən ilk qarşılaşmalar diqqət çəkib. 

AzB.az xəbər verir ki, mövsümöncəsi mərhələdə "Siksers" iki dəfə "Boston Seltiks"lə üz-üzə gəlib. Braun səfər oyununda iştirak etməsə də, ev qarşılaşmasında meydana çıxıb.

Hər iki görüşdə onun keçmiş komandası qalib gəlib.

Jurnalistlər C. Brauna bu vəziyyəti arxada qoyub-qoymadığını soruşublar. O, bu barədə bunları söyləyib:

"Bu suala necə cavab verəcəyimi bilmirəm. Orada 10 il oynamışam, bu, heç vaxt adi bir şey olmayacaq. Gənc oyunçulardan bəziləri ilə görüşmək xoş idi. Onlarla çox vaxt keçirmişəm. Onların inkişafını görmək sevindiricidir".

Qarşılaşmadan sonra (120:125, əlavə vaxtda) Braun Luka Qarza, Ron Harper Junior və digər oyunçularla söhbət edib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər