Keta "Boston Seltiks"dəki rəqabətdən danışdı:
"Boston Seltiks"in portuqaliyalı mərkəz oyunçusu Neemiaş Keta (Neemias Queta) yeni mövsüm öncəsi komandanın təlim-məşq toplanışında əsasən hücum potensialını genişləndirməyə fokuslanıb.
AzB.az xəbər verir ki, o, son məşqdən sonra yay aylarını uzaq məsafədən atışlar üzərində işləməklə keçirdiyini bildirib. O, hazırlıq zamanı müxtəlif formalar, sürətlər və trayektoriyalar üzərində çalışaraq atışlarına daha yaxşı nəzarət etməyə başladığını qeyd edib:
"Əsas işim həmişə rəqibdən ribaund almaq, bloklar qurmaq və boyalı sahədə xal toplamaqdır. Əgər üçlük əlavə edə bilərəmsə, nə xoş, amma bütün oyunum buna bağlı deyil".
Ötən mövsüm 10,1 xal və 8,4 ribaund ortalaması ilə çıxış edən basketbolçu "Boston Seltiks"in ön xəttində etibarlı qüvvəyə çevrilib. Komanda yay transfer pəncərəsində Mitçell Robinson və Luka Qarza kimi oyunçuları heyətə qataraq rəqabəti daha da artırıb.
Keta isə bu dərin rotasiyanı yüksək qiymətləndirərək "Boston Seltiks"in ön xəttini liqanın ən güclülərindən biri adlandırıb.
Qeyd edək ki, komanda hazırlıq oyunlarına bu cümə axşamı "Klivlend Kavalers"ə qarşı start verəcək. "Boston Seltiks"in mövsümdə ilk rəsmi oyunu isə oktyabrın 20-də "Detroyt Pistons"a qarşı olacaq.
