"Boston Seltiks"in yeni transferi Pol Corc komandaya keçidindən sonra ilk təəssüratlarını bölüşüb.
AzB.az xəbər verir ki, təcrübəli forvard yeni klubunda özünü çox xoşbəxt hiss etdiyini bildirib:
"Kaş ki, buraya daha əvvəl gələydim. Əvvəl çıxış etdiyim komandaları dəyərsizləşdirmək istəmirəm, amma burada olduğum gündən yalnız xoşbəxtlik hiss edirəm. "Boston Seltiks"in bir hissəsi olmaqdan çox şadam".
Təcrübəli oyunçu həmçinin fiziki durumunun tam qaydasında olduğunu vurğulayıb:
"Bədənimin yenidən tam formada olduğunu hiss edirəm. Düşünürəm ki, əvvəlki kimi hər şeyi edə bilirəm".