"Dallas Maveriks"ın ulduz basketbolçusu Kayri İrvinq komandanın yeni transferi Serxio de Larrea haqqında yüksək fikirlər səsləndirib.
AzB.az xəbər verir ki, təcrübəli oyunçu gənc komanda yoldaşının oyun zəkasını xüsusi vurğulayıb:
"O, indidən çox ağıllı oyunçudur. Avropanın uğurlu klubundan ("Valensiya" - red.) gəlib və qalib ruhuna sahibdir. Mümkün qədər çox şey öyrənməyə can atdığı aydın görünür".
Qeyd edək ki, 20 yaşlı ispaniyalı müdafiəçi 2026 draftında 25-ci sıradan seçilib. De Larrea "Maveriks"lə 16,3 milyon dollar dəyərində 4 illik müqavilə imzalayıb.