Avrokuboklar

"Düşünürəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik" - Ulaş Turgut

"Düşünürəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik" - Ulaş Turgut
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

“Neftçi”nin basketbolçusu Ulaş Turgut "VEF Riqa" ilə oyundan sonra media önünə çıxıb.

AzB.az xəbər verir ki, türkiyəli basketbolçu komandanın yeni formalaşdığını və zaman keçdikcə daha yaxşı çıxış edəcəyinə inandığını bildirib:

“Rəqib ritmli komandadır. Buna baxmayaraq, oyuna yaxşı başladıq. İkinci hissəyə başlayarkən müdafiəyə qayıdışlarda müəyyən problemlər yaşadıq. Müdafiədə də çatışmazlıqlarımız var idi. Bununla belə, düşünürəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik.

Biz yeni formalaşan komandayıq və tədricən bir-birimizə uyğunlaşırıq. İlk oyunumuzla müqayisədə daha yaxşı oynadıq. Əvvəlki matçın ilk yarısında yaxşı çıxış etmişdik, bu dəfə isə üçüncü periodda da bunu bacardıq. Komanda getdikcə daha da inkişaf edəcək. İnanıram ki, daha yaxşı olacağıq”.

Qeyd edək ki, "Neftçi" - "VEF Riqa" oyunu 94:110 hesabı ilə başa çatıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər