AzB.az xəbər verir ki, bu sözləri "VEF Riqa”nın basketbolçusu Mareks Mejeris “Neftçi”yə qarşı oyundan sonra deyib. O, komandasının 110:94 hesablı qələbəsi ilə başa çatan oyun barədə fikirlərini bölüşüb.
Latviyalı basketbolçu hücumameyilli keçən qarşılaşmada ikinci hissədə daha yaxşı çıxış etdiklərini bildirib:
“Oyun hücumameyilli keçdi və çoxlu xal toplandı. İkinci hissədə daha yaxşı oynadıq. Əslində, matçın əvvəlindən bu cür çıxış etməli idik”.