Ötən il FIBA Çempionlar Liqasında nümayiş etdirdiyi parlaq çıxışlarla basketbolsevərlərin böyük rəğbətini qazanan "Evolve" rəqs qrupu yenidən Bakıya qayıdır.
AzB.az xəbər verir ki, tanınmış rəqs kollektivini ölkəmizə "Sabah" basketbol klubu dəvət edib.
Sevilən rəqs qrupu "Sabah"ın FIBA Çempionlar Liqasında Fransanın "Nanter 93" klubuna karşı keçirəcəyi vacib matçda çıxış edəcək.
Unudulmaz şou proqramı və enerjili nömrələr oktyabrın 27-də baş tutacaq qarşılaşmada azarkeşlərə təqdim olunacaq.