Bu gün Gəncədə keçirilən FIBA Avropa Kubokunun “Gəncə” – “Kolossos” matçı gərgin anlarla yadda qalıb.
AzB.az xəbər verir ki, Yunanıstan təmsilçisinin baş məşqçisi Aris Likoyannis taym-aut zamanı sərt reaksiyası ilə diqqət çəkib. Gərgin keçən oyunda basketbolçularına tapşırıqlarını verən mütəxəssis emosiyalarını cilovlaya bilməyərək taktiki lövhəni də çırpıb.
Qeyd edək ki, qarşılaşma “Kolossos”un 80:62 hesablı qələbəsi ilə başa çatıb.