Avrokuboklar

"Gəncə" BK-dan rəsmi bəyanat

"Gəncə" BK-dan rəsmi bəyanat
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

"Gəncə" BK baş məşqçi Martin Knezeviçin FIBA Avropa Kubokunda Türkiyənin "Esenler Erokspor"una məğlubiyyətdən sonra sosial mediada verdiyi açıqlamalarla bağlı rəsmi bəyanat yayıb.

AzB.az xəbər verir ki, Qərb klubu xorvatiyalı mütəxəssisin 5 əsas oyunçunun otel liftindəki nasazlıq səbəbindən zədələndiyi və oyunun təxirə salınması üçün FIBA-ya müraciət olunduğu barədə iddialarını tamamilə təkzib edib.

Bəyanatda bildirilir ki, lift problemi dərhal həll olunub, zədəli olduğu iddia edilən basketbolçulardan 4-ü (Cervis Qarrett, Montavius Mörfi, Latavius Mitçell, Fikrət Ələkbərov) qarşılaşmada tam oynayıb, Bakari Kamara isə məhz məşqçinin qərarı ilə kənarda qalıb.

Həmçinin otel seçiminin rəqib tərəfindən deyil, klubun özü tərəfindən edildiyi vurğulanıb.

İntizamı pozan və yanlış məlumat yayan Knezeviçə rəsmi xəbərdarlıq olunub. Oxşar hal təkrarlanacağı təqdirdə, baş məşqçi ilə müqaviləyə birtərəfli xitam veriləcək.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər