Avrokuboklar

Avrokubok həftəsində Azərbaycan klublarının oyunçuları necə çıxış etdi?

Avrokubok həftəsində Azərbaycan klublarının oyunçuları necə çıxış etdi?
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Azərbaycan basketbol klubları avrokubok həftəsində dörd oyun keçirdi. 

AzB.az bu qarşılaşmalarda statistikada fərqlənən oyunçuları sizə təqdim edir:

Ən çox xal: Ceyms Freyzer ("LANDAU Lions") - 22 xal.
Freyzer 35 dəqiqə meydanda qalıb, 16 atışın 6-sını hədəfə vurub (2-si üçlük olmaqla) və cərimə xəttindən 9 cəhdin 8-ni xala çevirib. Ona ən yaxın nəticələr: Gediminas Orelik ("LANDAU Lions") 20, Frenki Fidler ("Sabah") 19 və Rob Hovard ("Neftçi)" 17 xal. Kobi Maqi ("Gəncə"), Cordan Perkins ("LANDAU Lions"), Edvard Polayt ("LANDAU Lions") və Nik Perkins ("Sabah") hər biri 16 xal toplayıb.

Ən çox assist: İlayca Hokins ("Neftçi") - 7 assist
Hokins 27 dəqiqədə 7 assist edib, amma özü cəmi 2 xal qazanıb. Cordan Perkins ("LANDAU Lions") və Cerri Bleyks ("Sabah") 6 assistlə onun ardınca gəlir.

Ən çox ribaund: Edvard Polayt ("LANDAU Lions") - 12 ribaund
Polayt 12 ribaundun 5-ni hücumda toplayıb, üstəlik 16 xal qazanıb və 2 blokşot edib. Nik Perkins ("Sabah") 11, Brendon Ellinqton ("Gəncə") və Rob Hovard ("Neftçi") isə 10 ribaundla onu təqib edib.

Ən çox üçlük: Gediminas Orelik ("LANDAU Lions") - 5 üçlük
Orelik 11 cəhdin 5-ni dəqiq vurub və 20 xalının 15-ni üçlüklə qazanıb. Cordan Perkins ("LANDAU Lions"), Rob Hovard ("Neftçi") və Frenki Fidler ("Sabah") hər biri 3 üçlük atışı dəqiq yerinə yetirib.

Ən yüksək səmərəlilik (effektivlik): Edvard Polaytdadır ("LANDAU Lions") - 26 bal. Ondan sonra Freyzer (23), Hovard ("Neftçi"), Nik Perkins və Fidler (Sabah) gəlir, hər biri 21 bal toplayıb.

"Gəncə"nin üzvü Ksavyer Rods 5 top qapıb və həftənin ən çox top oğurlayanı olub.

"Sabah"ın basketbolçusu Evan Bruinsma isə 7 atışın 5-də dəqiq olaraq 10 xal toplamağı bacarıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər