Avrokuboklar

"Ritas"ın kapitanı: "Bəlkə də emosiyalarım həddini aşdı"

"Ritas"ın kapitanı: "Bəlkə də emosiyalarım həddini aşdı"
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Basketbol Çempionlar Liqasında "Sabah"ı 82:73 hesabı ilə məğlub edən "Ritas"ın kapitanı Arturas Qudaytis qarşılaşmadan sonra fikirlərini bölüşüb.

AzB.az xəbər verir ki, təcrübəli basketbolçu qələbədə həlledici məqamın son periyodda toplanan hücum ribaundları olduğunu bildirib.

Qudaytis matç ərzində "Sabah"ın legioneri Tayuan Aqi (Tajuan Agee) ilə yaşadığı gərginliyə də aydınlıq gətirib:

"O, oyun boyu basketbolçularımızın ünvanına nələrsə deyirdi. Bu, mənim xoşuma gəlmədi və komanda yoldaşlarımın tərəfini tutmaq istədim. Heç kim bizim evimizdə özünü evindəki kimi hiss edə bilməz. Mən buna sakit baxa bilməzdim. Bəlkə emosiyalarım həddini aşdı, amma bəzən özünü və komandanı müdafiə etməyi bacarmalısan".

Litva klubunun mərkəz oyunçusu heç vaxt münaqişəni ilk başlayan tərəf olmadığını, lakin meydanda komandasının nüfuzunu qorumaq məcburiyyətində qaldığını sözlərinə əlavə edib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər