Avrokuboklar

Paçeviçius: "Sabah"la matçda xətalarımız çox oldu"

Paçeviçius: "Sabah"la matçda xətalarımız çox oldu"
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Basketbol Çempionlar Liqasının B qrupunda "Sabah"ı 82:73 hesabı ilə məğlub edən "Ritas"ın baş məşqçisi Nedas Paçeviçius matçdan sonra fikirlərini bölüşüb.

AzB.az xəbər verir ki, litvalı mütəxəssis komandasının oyunundan tam razı qalmasa da, nəticənin vacib olduğunu vurğulayıb:

"İlk növbədə heyəti və azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm. Bəlkə də ən gözəl oyunumuzu nümayiş etdirmədik, amma bu gün əsas məqsəd nəyin bahasına olursa-olsun qalib gəlmək idi. Hücumda toplanan ikinci şans xalları və dördüncü periyoddakı ribaundlar qələbədə həlledici rol oynadı".

Təcrübəli baş məşqçi komandasının hələ də çoxlu səhvlərə yol verdiyini deyib:

"Hələ də diqqətsizlikdən qaynaqlanan səhvlər edirik. "Sabah" bir neçə epizodda açıq mövqelərdən atışları dəqiq yerinə yetirə bilmədi, yoxsa cəzalana bilərdik. Mövsümün başlanğıcında olduğumuz üçün bu problemləri aradan qaldırmaq üzərində işləyirik".

Litvalı mütəxəssis oyunun gedişində çətinlik çəksələr də, son periyodda Maykl DeVo və Qitis Radzeviçiusun effektli oyunu sayəsində qələbəni təmin etdiklərini vurğulayıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər