ABL

"Neftçi"dən inamlı qələbə - YENİLƏNİB

"Neftçi"dən inamlı qələbə - YENİLƏNİB
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Azərbaycan Basketbol Liqasında (ABL) III tur bu gün başlayacaq.

AzB.az xəbər verir ki, günün ikinci oyununda "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib.

Görüş saat 18:00-da başlayıb və Milli Gimnastika Arenasında keçirilib

"Ağ-qaralar" görüşdə inamlı qələbə qazanıb - 86:69.

"Neftçi"nin iki üzvü dabl-dabla imza atıb. Aleksa Stepanoviç 21 xal, 11 ribaund, Zek Hiks isə 19 xal, 14 ribaundla mübarizə aparıb.

"Sumqayıt"da isə Malek Qrin bunu bacarıb - 18 xal, 12 ribaund.

Qeyd edək ki, tura sabah keçiriləcək "Sabah" - NTD oyunu ilə yekun vurulacaq.

ABL, III tur

18:00 "Neftçi" - "Sumqayıt" 86:69 (23:16, 24:20, 23:16, 16:17)

Milli Gimnastika Arenası

Dostlarınla paylaş

Əlaqəli xəbərlər