ABL

Şəhriyar Əsgərov: “Ümiddən düşmək lazım deyil, qarşıda hələ oyunlar var”

Şəhriyar Əsgərov: “Ümiddən düşmək lazım deyil, qarşıda hələ oyunlar var”
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Azərbaycan basketbol klubların avrokubokların qrup mərhləsində ilk oyunlarını məğlubiyyətlə başa vurublar. "Lənkəran" komandasının baş məşqçisi Şəhriyar Əsgərov nəticələri dəyərləndirib, uğursuzluğun səbəblərindən danışıb və qarşıdakı matçlarla bağlı gözləntilərini AzB.az-a açıqlayıb:

"4 oyunda 4 məğlubiyyət, əlbəttə, hamımızı məyus etdi. Açığı, "Sabah"dan və "LANDAU Lions"dan qələbə gözləyirdim. Təəssüf ki, bu, baş vermədi.

Xüsusilə "Sabah"ın oyununa nəzər salsaq, hesabı dəyişmək üçün imkanları var idi. Sonda isə 9 xal fərqlə məğlub oldular. Digər komandalarımızın qarşılaşmalarında isə fərq daha böyük oldu. "Neftçi" 20, "LANDAU Lions" 22, "Gəncə" isə 29 xal fərqlə uduzdu.

Məğlubiyyətlərin əsas səbəbinə gəldikdə, yenə də təcrübəsizliyi qeyd edərdim. Amma məsələni yalnız bununla məhdudlaşdırmaq olmaz. Görünür, klublarımız öz üzərlərində daha ciddi işləməlidirlər.

Artıq söhbət ciddi basketboldan gedir. Burada həm məşqçilər, həm də oyunçular tamamilə başqa səviyyədədirlər. Məsələn, "Esenler Erokspor"un baş məşqçisi Ufuk Sarıcanı götürək. O, Avropa çempionatının gümüş medalçısı olmuş, Türkiyənin tanınmış basketbol mütəxəssislərindən biridir və Avropada kifayət qədər böyük təcrübəyə malikdir.

Bizim də belə komandalara qarşı öz "silahımız" olmalıdır. Rəqiblərlə mübarizə aparmaq üçün həm taktiki, həm də fərdi baxımdan daha hazırlıqlı olmalıyıq.

Bununla belə, ruhdan düşmək lazım deyil. Mövsüm hələ yeni başlayıb. Qarşıda qrup mərhələsinin növbəti oyunları var. İnanıram ki, komandalarımız öz oyunlarında müəyyən düzəlişlər edəcək, çatışmazlıqları aradan qaldıracaq və qarşıdakı görüşlərdə qələbələr qazana biləcəklər.

Qrupdakı vəziyyətin necə olacağını indidən demək hələ tezdir. Amma komandalarımızdan qələbə, hətta bir neçə qələbə gözləyirik".

Dostlarınla paylaş

Əlaqəli xəbərlər