“Naxçıvan” BK-nın basketbolçusu Jamaal Brantley yeni mövsümdə komandanın qarşısına qoyduğu hədəflərdən AzB.az-a danışıb.
Basketbolçu bildirib ki, əsas məqsədləri rəqibdən asılı olmayaraq hər qarşılaşmada sona qədər mübarizə aparmaqdır:
“Gözləntim odur ki, komandamız hər oyunda, rəqibin kimliyindən asılı olmayaraq, rəqabətədavamlı olsun. Qarşımızda güclü komandalar olacaq, amma biz də hər matçda mübarizəyə hazır olmalıyıq. Mövsüm ərzində çətin qarşılaşmalarımız olacaq, lakin əsas məqsədimiz hər oyunda sona qədər mübarizə aparmaqdır".