NBA

Dreymond Qrin: "Vembanyama həm MVP, həm də ən yaxşı müdafiəçi olacaq"

Dreymond Qrin: "Vembanyama həm MVP, həm də ən yaxşı müdafiəçi olacaq"
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

"Qolden Steyt Uorriors"un təcrübəli forvardı Dreymond Qrin hesab edir ki, "San Antonio Spörs"un lideri Viktor Vembanyama qarşıdakı NBA mövsümündə ən nüfuzlu fərdi mükafatlara sahib çıxacaq.

AzB.az xəbər verir ki, Qrin bu barədə fikirlərini belə ifadə edib:

"Ən dəyərli oyunçu? Məncə, bu mövsüm bu ada Vembanyama layiq görüləcək. Onun həm müdafiədə, həm də hücumda təsiri inanılmazdır. Yeganə mane zədə ola bilər. Əks halda, düşünürəm ki, MVP mükafatını qazanacaq. Hətta bu mövsüm həm MVP, həm də ən yaxşı müdafiəçi adına sahib çıxacağını düşünürəm. Çünki ötən mövsümün sonunda artıq bu istiqamətdə ciddi irəliləyiş var idi və insanlar bunu unutmayacaq".

Dostlarınla paylaş

Əlaqəli xəbərlər