De’Aaron Foks rəqabət şayiələrinə son qoydu: "Danışmağa belə dəyməz"
"San Antonio Spörs"un oyun qurucusu De’Aaron Foks komandanın start heyəti ətrafında yaranan müzakirələrə münasibət bildirib.
AzB.az xəbər verir ki, o, xüsusilə gənc Dilan Harperlə əsas heyət uğrunda rəqabət və üç qısa oyunçudan ibarət sxemin sınaqdan keçirilməsi barədə yayılan fikirlərə toxunub.
Foks bu barədə bunları deyib:
"İnsanlar elə şeylərdən danışırlar ki, ümumiyyətlə, danışmağa dəyməz. Bəziləri elə mövzuları müzakirə edir ki, niyə bunu etdiklərini belə başa düşmürsən. Ona görə də bu məsələyə heç bir münasibətim yoxdur. Mövsümöncəsi məğlubiyyətlər? Qarşıda hələ uzun yolumuz var, çox işləməliyik. Əmin deyiləm ki, oyunumuz gözəl görünürdü. Əsas məqsədimiz 48 dəqiqə ərzində mümkün qədər bütöv və keyfiyyətli basketbol oynamağı öyrənməkdir".
