"Detroyt Pistons"un lideri Keyd Kanninqem ictimaiyyətin hələ də komandasına layiqincə qiymət vermədiyini bildirib.
AzB.az xəbər verir ki, o, bu barədə bunları söyləyib:
"Mənə elə gəlir ki, bizi bir qədər az qiymətləndirirlər. İnsanlar bizə lazımınca dəyər vermir, baxmayaraq ki, bəlkə də bunu haqq etmişik. Amma elə bu da işin gözəlliyidir. Biz belə şeylərə çox da fikir vermirik".
Qeyd edək ki, ötən mövsüm "Pistons" Şərq konfransında 60-22 nəticə ilə birinci olsa da, pley-offun ikinci mərhələsində "Klivlend"ə 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.