"Qolden Steyt Uorriors"un baş məşqçisi Stiv Kerr azarkeşlərə mövsümün əvvəlində oyun cədvəlinə daha diqqətlə yanaşmağı tövsiyə edib.
AzB.az xəbər verir ki, təcrübəli mütəxəssis komandanı sıx qrafik və ardıcıl matçların gözlədiyini, bu səbəbdən xüsusilə veteran basketbolçuların rotasiyaya düşə biləcəyini diqqətə çatdırıb.
Kerr azarkeşlərə müraciətində bu sözləri deyib:
"Biletləri alarkən təqvimə diqqət yetirin. Çünki biz yalnız Stef Karrinin deyil, digər təcrübəli oyunçuların da yükünü bölüşdürməliyik, əks halda mövsümün öhdəsindən gələ bilmərik".
Qeyd edək ki, S Karri 2023/24 mövsümündə 74, 2024/25 mövsümündə isə 70 oyunda iştirak edib. Lakin ulduz pleymeyker xroniki diz problemi səbəbindən son mövsümdə cəmi 43 matçda parketdə olub.