NBA

Kayri İrvinq qayıdır

Kayri İrvinq qayıdır
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

NBA-nın Çində keçirilən hazırlıq matçları çərçivəsində "Hyuston Rokets" və "Dallas Maveriks" komandaları üz-üzə gəlib.

AzB.az xəbər verir ki, ilk oyunda "Rokets"in heyətində ötən mövsümü tamamilə buraxan Fred Vanvlit və yanvardan bəri oynamayan mərkəz oyunçusu Stiven Adams parket üzərinə çıxıb. Növbəti qarşılaşmada isə bir ildən artıqdır rəsmi oyunlardan uzaq qalan "Maveriks"in ulduzu Kayri İrvinqin iştirakı gözlənilir.

"Hyuston Rokets"in ulduzu Kevin Dürant dostlarının sıraya qayıtması ilə bağlı fikirlərini bölüşüb:

"Kayri ilə danışdım. Onun işə yanaşması və düşüncə tərzi mükəmməldir. O, basketbol dahisidir – basketboldan danışırıqsa, məhz ondan bəhs etməliyik. Onun üçün çox sevinirəm və meydanda onunla yenidən qarşılaşmaq üçün səbirsizlənirəm. O, artıq hazırdır. Fred də, Stiven də tam sağlamdır. Hər üçünə görə çox şadam, xüsusən də oyuna olan sevgilərini nəzərə alanda... Heç kimə uzun müddət meydandan uzaq qalmağı arzulamıram".

Dostlarınla paylaş

Əlaqəli xəbərlər