Nik Nörs LeBron Ceymsin hücumdakı rolundan danışdı
"Filadelfiya Seventi Siksers"in baş məşqçisi Nik Nörs 4 qat NBA çempionu LeBron Ceymsin parketdəki rolu və hücum potensialı barədə fikirlərini bölüşüb.
AzB.az xəbər verir ki, mütəxəssis təcrübəli basketbolçunun təkcə xal toplamaqla kifayətlənmədiyini, hücumları təşkil edən əsas fiqurlardan biri olduğunu vurğulayıb:
"LeBron böyük hücumçudur. Mən yalnız onun xal toplamaq bacarığını deyil, pleymeyker və ötürmə vermək keyfiyyətlərini nəzərdə tuturam. Topla hücuma başlamasa belə, ilk pas yenə də ona çatacaq və o, imkanları dəyərləndirərək digər komanda yoldaşları üçün hücum imkanları yaradacaq".
Nörs həmçinin komandada taktiki rəngarəngliyə üstünlük verdiyini və məşqlərdən əvvəl aparıcı oyunçularla oyun strategiyalarını tez-tez müzakirə etdiyini bildirib.
