NBA

Cey Cey Redik: "Donçiç liderlik məsuliyyətini böyük həvəslə qarşılayır"

Cey Cey Redik: "Donçiç liderlik məsuliyyətini böyük həvəslə qarşılayır"

Luka Donçiç "Los Anceles Leykers"də LeBron Ceymsin ayrılmasından sonra komandanın əsas söz sahibinə çevrilərək liderlik keyfiyyətləri ilə fərqlənməyə başlayıb.

AzB.az xəbər verir ki, baş məşqçi Cey Cey Redik sloveniyalı ulduzun bu rolu tam mənimsədiyini və komanda daxilində yeni mədəniyyət formalaşdırdığını bildirib:

"Onun liderlik mövqeyində olmadığı və ya bu rolu yeni qazandığı fikri yanlışdır. Komandada bəzi oyunçular olmayanda təbii olaraq boşluq yaranır və biz yay boyu bu barədə danışdıq. Donçiç bu məsuliyyəti böyük həvəslə qarşılayır".

Redik əlavə edib ki, Donçiç yayda komanda yoldaşlarını Sloveniyaya aparmaq üçün şəxsi hesabına xüsusi təyyarə tutub və kollektivin birliyini möhkəmləndirib. Baş məşqçi yeni mövsümdə komandanın əsas liderlərinin Luka Donçiç və Ostin Rivz olacağını vurğulayıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər