"Los-Anceles Leykers"ın üzvü Ostin Rivz komanda yoldaşı Luka Donçiçlə oyun zamanı yaşadığı maraqlı ünsiyyət çətinliyindən danışıb.
AzB.az xəbər verir ki, amerikalı basketbolçunun sözlərinə görə, sloveniyalı ulduzun meydançada çox sürətlə danışması və bir neçə dili tez-tez dəyişməsi bəzən anlaşılmazlıq yaradır.
Donçiçin bu xüsusiyyətinə toxunan Rivz fikirlərini belə ifadə edib:
"Ən çətini onun meydançada dediklərini başa düşməkdir. Sürətlə danışmağa başlayır, sonra sloven və serb dilinə keçir. Bəzən sadəcə ona baxıb deyirəm: "İngilis dilində danış, mənə ingilis dili lazımdır". Amma zamanla artıq bu xüsusiyyətinə öyrəşmişəm".