NBA

Yokiç: "Nə etməli olduğumuzu yaxşı bilirik"

Yokiç: "Nə etməli olduğumuzu yaxşı bilirik"

Nikola Yokiçin liderlik etdiyi "Denver Naqqets" 2026/27 mövsümünün hazırlıqlarına start verib.

AzB.az xəbər verir ki, komandanın əsas heyəti dəyişməz qalsa da, heyətə bir neçə yeni oyunçu qoşulub. Məşqdən sonra serbiyalı ulduz Nikola Yokiç yeni transferlər barədə fikirlərini bölüşüb:

"İlk beşlik eynidir, amma bir çox yeni oyunçu var. Düşünürəm ki, onlar yaxşı çıxış edəcək. Hər şey adi qaydada gedir, sanki ikinci təbiət kimidir. Nə etməli olduğumuzu yaxşı bilirik".

Qeyd edək ki, "Denver Naqqets" bazar günü "Yuta Caz" ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Dörd yoxlama matçından sonra oktyabrın 22-də komanda yeni mövsümə "Oklahoma Siti Thunder"ə qarşı səfər qarşılaşması ilə start verəcək.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər