Təcrübəli basketbolçu Tobias Harris bu yay bir neçə təklif arasından "San Antonio Spörs"ü seçməsinin səbəbini açıqlayıb.
AzB.az xəbər verir ki, 34 yaşlı forvard yeni komandasının çempionluq potensialına və inkişaf perspektivlərinə inandığını bildirib:
"Karyeramın sonuna qədər bir məqsədim var – çempionluq qazanmaq. Komandanın istedadına, inkişaf imkanlarına və çempionluq uğrunda mübarizə əzminə baxıram; bunlar şəxsi hədəflərimlə tam üst-üstə düşür. Mənim komandaya verə biləcəklərimlə klubun yaxın illərdə çatacağı nəticələr baxımından bir-birimizə çox uyğunuq".
Qeyd edək ki, Tobias Harris ötən mövsüm "Detroyt Pistons"un heyətində keçirdiyi 63 qarşılaşmada orta hesabla 13,3 xal, 5,1 ribaund və 2,5 məhsuldar ötürmə ilə yadda qalıb.