NBA

Tauns klubunun maaş endirimi təklifi ilə razılaşmır

Tauns klubunun maaş endirimi təklifi ilə razılaşmır

Karl-Entoni Taunsun "Nyu-York Niks"lə uzunmüddətli yeni müqavilə imzalaması ilə bağlı danışıqlar davam edir.

AzB.az xəbər verir ki, son vaxtlar tərəflər arasında razılığın əldə olunmasında ciddi irəliləyiş qeydə alınmayıb.

"ESPN"in məlumatına görə, Tauns komandanın lideri Ceylen Branson kimi maaşının müəyyən dərəcədə azaldılmasına razılıq verib. Lakin ulduz mərkəz oyunçusu "Nyu-York Niks" rəhbərliyinin təklif etdiyi endirimi həddindən artıq yüksək hesab edir.

Klubun əsas məqsədi isə komandanın maaş büdcəsini ikinci vergi həddindən aşağı saxlamaqdır.

Təcrübəli basketbolçu dörd illik, ümumi dəyəri 276 milyon dollar olan yeni müqavilə imzalamaq hüququna malikdir. Cari mövsümdə onun qazancı 57 milyon dollar təşkil edəcək, 2027/28 mövsümündə isə oyunçu opsiyası ilə 61 milyon dollar almaq imkanı var.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər