"Nyu-York Niks"in "Ağ Ev"ə səfəri sual altındadır
"Nyu-York Niks"in "Ağ Ev"ə ənənəvi səfəri ilə bağlı yekun qərar hələ verilməyib.
AzB.az xəbər verir ki, ABŞ prezidenti ənənəvi olaraq NBA çempionlarını rəsmi iqamətgahına dəvət etsə də, son illərdə bu ənənədə müəyyən fasilələr yaranıb.
Donald Trampın 2024-cü ildə yenidən prezident seçilməsindən sonra indiyədək heç bir NBA komandası "Ağ Ev"ə səfər etməyib. "Oklahoma Siti Tander" paytaxta getməkdən imtina edib, "Boston Seltiks" isə Co Baydenin prezidentliyi dövründə orada qonaq olub.
Ölkə rəhbərinin "Nyu-York Niks"in sahibi Ceyms Dolanla yaxın münasibətlərinin olduğu bilinir. Hətta Tramp NBA finalının üçüncü qarşılaşmasında "Madison Skver Qarden"də oyunu canlı izləyənlər arasında yer alıb.
Komandanın baş məşqçisi Mayk Braun məsələ ilə bağlı açıqlama verib:
"Bu mövzu hələ də klub daxilində müzakirə olunur. Hansı qərarı versək, bütün kollektiv olaraq birlikdə hərəkət edəcəyik".
Adətən NBA çempionları Vaşinqtonda "Uizards"lə keçirilən səfər oyunları ərəfəsində "Ağ Ev"i ziyarət edirlər. "Nyu-York Niks" üçün bu mövsüm həmin qarşılaşmalar 18 dekabr və 16 mart tarixlərinə təsadüf edir.
