Dreymond Qrin bu yay "Qolden Steyt Uorriors"un LeBron Ceymsi heyətinə qatmaq cəhdindən danışıb.
AzB.az xəbər verir ki, onun sözlərinə görə, basketbol baxımından LeBron üçün "Qolden Steyt" ən uyğun komanda idi, lakin NBA finalındakı uzun illər davam edən rəqabət bu keçidin baş tutmasına mane olub.
Qrin bu barədə bunları söyləyib:
"O, sadəcə keçmişi arxada qoya bilmədi. Yəqin düşünürdü: 'Mən bu oyunçularla dəfələrlə mübarizə aparmışam. İndi onlara qoşulsam, hər şey necə görünəcək? Oraya keçsəm, nə qədər tənqid eşidəcəyəm?' Sonda məhz buna görə bu transfer baş tutmadı. Fikrimcə, qərarın bu qədər vaxt almasının səbəbi də budur. Mən əminəm ki, 'Qolden Steyt' onun üçün ən doğru seçim idi, sadəcə, o, bu addımı ata bilmədi".